- Köhnə - Siyasət
 - 5 Oktyabr 2012 05:49
 - 7 642
 
Türkiyədə mitinqlər başladı
            Parlament binası qarşısında keçirilən aksiyada polis gözyaşardıcı qazdan istifadə edib
Türkiyədə müharibə əleyhinə aksiya keçirilib. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, paytaxt Ankarada parlament binası qarşısında keçirilən aksiyada etirazçılar müharibə əleyhinə şüarlar səsləndiriblər. Polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Daha bir aksiyanın İstanbulun "Taksim" meydanında keçirildiyi deyilir. Verilən məlumata görə, ani-müharibə aksiyası indiki saatlarda da davam edir.
Sadiq Musa
AzNews.az