- Köhnə - Siyasət
- 3 Mart 2015 17:28
- 2 568
Türkiyəli Komandan Azərbaycana gəlir
Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Komandanı, ordu generalı Akın Öztürk sabah Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
AzNews.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır.
Səfər martın 6-dək davam edəcək.