Rasmussen: “Biz Türkiyə ilə çiyin-çiyinəyik” Rasmussen: “Biz Türkiyə ilə çiyin-çiyinəyik”

NATO- dan Türkiyəyə böyük dəstək

Rasmussen: “Biz Türkiyə ilə çiyin-çiyinəyik”



NATO-nun Baş katibi Türkiyə və Suriya arasında son zamanlar yaşanan gərginliyə toxunub. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rasmussen bildirib ki, biz Türkiyəni Suriyanın hücumlarından qorumağa hazırıq.

O, həmçinin qeyd edib ki, hər iki ölkə vəziyyətin nəzarətdən çıxmaması üçün səy göstərməlidir. "Biz Türkiyəni Suriyanın hücumlarından qorumaq üçün plana malikik. Türkiyənin də beynəlxalq hüquqa uyğun olaraq özünü qorumaq səlahiyyəti var. Ümid edirik ki, hər iki ölkə təmkinli davranacaq və münaqişənin genişlənməsinə imkan verməyəcək".

Fransa prezidenti Fransua Olland da Türkiyəni dəstəkləyən bəyanat verib. "Türkiyə ilə sərhəddə çox ciddi insident yaşandı. Vəziyyətin nəzarətdən çıxması tamamilə mümkün idi, ancaq Türkiyənin təmkini sayəsində bu baş vermədi. Ancaq təmkin nə vaxta qədər davam edəcək"?

Sadiq Musa
AzNews.az