- Köhnə - Siyasət
- 16 Aprel 2015 10:51
- 3 366
“Avropa Parlamentinin “qərar”ını heç bir türk tanımayacaq” – Qənirə Paşayeva
Azərbaycanın millət vəkili və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü Qənirə Paşayeva erməni layihəsini qəbul edən Avropa Parlamentinin saxta və ədalətsiz qərarına AŞPA-da etiraz edəcəklərini deyib.
AZNEWS.AZ xəbər verir ki, layihənin qəbul edilməsindən sonra bəyanatlar verən Qənirə Paşayeva bildirib ki, Avropa Parlamentinin "erməni soyqırımı" iddiaları ilə bağlı qətnaməsinə dünyada yaşayan bütün türklər etiraz edəcək: "Avropa Parlamentinin yalanlarla dolu qərarını heç bir türk tanımayacaq və qəbul etməyəcək".
Paşayeva vurğulayıb ki, bəzi Avropa ölkələri "erməni soyqırımı" yalanlarından öz maraqları üçün istifadə edir: "Yalanlara qarşı ən ciddi mübarizə yolu isə bütün dünyada həqiqətləri daha çox danışmaqdır. Ermənilərin Qarabağda, Xocalıda açdıqları yaranı, soyqırımı türk mənşəli bütün insanlar dünyaya daha çox çatdırmalı, yalanlara qarşı həqiqi mübarizə aparmalıdırlar. Katoliklərin Ruhani Lideri Papa Fransisk saxtakarlığa, yalana dəstək verir. Türk dünyasını qaralama kampaniyası başlayıb. Bütün türklərin, müsəlmanların, xüsusilə Avropada yaşayanların bu açıqlamaya ciddi etiraz etmələri lazımdır. Tarixdə olmayan hadisələri, yalanları həqiqət kimi danışmaq özünə din xadimi deyən birinə yaraşmır. Roma Papası böyük səhv etdi. Bütün dünyada yaşayan türk əsilli insanların oyanması lazımdır. "Erməni soyqırımı" iddialarının arxasında necə bir oyun oynadığını görüb, qarşısında dayanmaq üçün işlərimizi artırmağımız lazımdır".