- Köhnə - Siyasət
- 22 Aprel 2015 18:19
- 4 716
Deputat oğluna yüksək vəzifə verildi
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəylinin oğluna yüksək vəzifə verilib.
AzNews.az SİA-ya istinadən xəbər verir ki, Həbibbəyli Ərəstü İsa oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Xarici əlaqələr şöbəsinin Analitik informasiya sektorunun müdiri olub. I dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyır, 2013-cü ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 3 kitab və xarici siyasətin müxtəlif aktual sahəsinə dair onlarla elmi, publisistik məqalələrin müəllifidir.