- Köhnə - Siyasət
- 6 May 2015 17:26
- 1 905
Azadlıq Radiosunun Bakıda ofisinin möhürü açıldı
Mayın 6-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə istintaq idarəsinin müstəntiqi Sənan Paşayev AzadlıqRadiosunun Bakı bürosunun qapısına vurulan möhürü açıb.
AzNews.az azadliq.org-a istinadən xəbər verir ki, təhvil-təslimdə Azadlıq Radiosunun Bakı bürosunun baş redaktoru Zeynal Məmmədli iştirak edib.
Prokurorluq əməkdaşları ötən il dekabrın 26-da AzadlıqRadiosunun Bakı ofisində axtarış aparıb, elə həmin gün də ofisi möhürləmişdilər.
Azadlıq Radiosunun Bakı bürosu son 10 ilə yaxın müddətdə C.Cabbarlı, 44 ünvanında – "Caspian Plaza"da yerləşirdi.
"Caspian Plaza"nın rəhbərliyi aprelin 30-da icarə müqaviləsinə xitam verildiyini bildirib və ofisdən əşyaların çıxarılmasını xahiş edib.
Ötən il dekabrın 26-da Baş Prokurorluğun əməkdaşları Azadlıq Radiosunun Bakı bürosunda axtarış aparıb, yekunda da əməkdaşları ofisdən çıxarıb, büronun vacib sənədlərini və kompyuterlərini götürmüşdü. Həmin axtarış zamanı götürülən sənəd, avadanlıq və radionun rəsmi möhürü hələ ki qaytarılmayıb.