“Hər halda ortada bir həqiqət var” “Hər halda ortada bir həqiqət var”

Arif Hacılı sabiq nazirin ittihamları ilə razılaşır

“Hər halda ortada bir həqiqət var”

Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov Teleqraf.com-un suallarını cavablandırarkən müxalifətin ünvanına kəskin ittihamlar işlədib: "Bizdə ərəb liderləri kimi sinəsini güllənin qabağına verən, Prezident Administrasiyasının qarşısında özünü yandıra biləcək lider yoxdur. 20 ildir aclıq elan edirlər, amma acından ölənlər yoxdur. Allah bunları pula, qranta öyrədənlərin evlərini yıxsın. Siyasətə gedən yol "türmə"dən keçir. Mənim imkanım olsaydı, bu liderlərin hamısını "türmə"yə salardım".

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı AzNews.az-a açıqlamasında İsgəndər Həmidovun dediklərini ciddiyə almadığını bildirdi: "Bu sözlər kənardan İsgəndər Həmidova xoş gələ bilər. Amma İsgəndər Həmidov siyasətlə məşğul olmadığını bildirib. Ona görə də mən onun fikirlərini şərh etmək istəmirəm. Mən bilmirəm o, "qranta öyrəşiblər" deyəndə kimləri nəzərdə tutub. Hər halda ortada bir həqiqət var. İsgəndər Həmidovun dedikləri Azərbaycanın real müxalifətinə ünvanlanmır".

Bahar Rüstəmli
AzNews.az