- Köhnə - Siyasət
- 13 İyun 2015 14:02
- 2 938
Fransalı senator “Bakı 2015”in açılışından danışdı (Yenilənib)
“I Avropa Oyunlarının açılış mərasimi məndə böyük təəssüratlar yaratdı”.
AzNews.az xəbər verir ki, bu sözləri Fransa senatının üzvü Natali Qule bu gün keçirilən mətbuat konfransında deyib.
Azərbaycanla Fransa əməkdaşlığından danışan N.Qule bildirib ki, regionda strateji əməkdaş kimi Azərbaycana çox böyük ehtiyac var: "Biz regionda Azərbaycana strateji tərəfdaş kimi böyük önəm veririk. 15 ildir ki, bu ölkənin dostuyam. Əlimdən gələni edirəm ki, Azərbaycan Fransa arasında bütün sahələrdə münasibətlər yüksək səviyyədə qurulsun. Bu dostluq əlaqələrindən istifadə edib ölkənizdə keçirilən bütün beynəlxalq tədbirlərdə iştirak edirəm. Bir neçə il bundan qabaq Azərbaycanda Mədənəniyyətlərarası Forumda iştirak etdim. Azərbaycan İsraillə müsəlman ölkələri arasında ən yaxşı münasibət quran ölkədir. Burada dini əlaqələrlə yanaşı bütün sahələrdə inkişafı görmək olur. Azərbaycan bu sahədə, eləcə də bütün sahələrdə Fransa ilə də əlaqələrini möhkəmləndirir, qoruyub saxlayır".
Fransalı senator xarici mətbuat orqanlarının Azərbaycana olan təzyiqlərindən də danışıb: "Azərbaycan prezidenti və onun xanımı bu ölkənin dünyada müsbət imic yaratması üçün əllərindən gələni edir. Dünənki açılış mərasimi də bunun sübutu idi. Azərbaycan I Avropa Oyunlarına qısa müddət ərzində belə möhtəşəm hazırlaşması mənim üçün çox qürurverici oldu. Ölkənizin dini dözümlüyü, mədəniyyətlərarası inkişafını gördüm. Ötən gecə Birinci Avropa Oyunlarının açılışında Ermənistan nümayəndə heyətinin keçidinə yaradılan şərait buna misal kimi göstərilə bilər. Bu adi məsələ deyil, iki ölkə arasında münasibətlərin gərgin olduğu vaxtda yaradılan şərait yüksək dözümlülükdən xəbər verir".
Qeyd edək ki, Fransalı senatorla görüş Mətbuat Şurasının təşkilatçılığı ilə baş tutub.