Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının dünən keçirilən son plenar iclasında Azərbaycan əleyhinə qərar qəbul edilib. Belə ki, iclasda “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı 13801 saylı qətnamə layihəsi üzrə müzakirələr keçirilib. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının dünən keçirilən son plenar iclasında Azərbaycan əleyhinə qərar qəbul edilib. Belə ki, iclasda “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı 13801 saylı qətnamə layihəsi üzrə müzakirələr keçirilib.

“Azərbaycan AŞPA-nın qərarından şikayət verməlidir” – İstefa tələbi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının dünən keçirilən son plenar iclasında Azərbaycan əleyhinə qərar qəbul edilib. Belə ki, iclasda “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı 13801 saylı qətnamə layihəsi üzrə müzakirələr keçirilib.


Təklif olunub ki, hesabatdakı "Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə..." cümləsi "Dağlıq Qarabağ münaqişəsi barədə.." cümləsi ilə əvəz olunsun. Səsverməyə çıxarılan təklif qəbul olunub.

Məsələ ilə bağlı AzNews.az-a danışan politoloq Qabil Hüseynli AŞPA-nın bu qərarının Almaniyanın diktəsilə olduğunu düşünür: "Son dövrlərdə qərbin mövqeyində Ermənistanın mövqeyini tanımağa yönəlmiş addımlar atılmağa başlayıb. AŞPA sədri də almaniyalı deputatdır və Azərbaycana qarşı özünün mənfur mövqeyi ilə seçilir. Bu nöqteyi-nəzərdən onların hərəkəti qeyri-qanunidir".

Politoloqun sözlərinə görə, bu qərarda beynəlxalq hüquq normalarının açıq şəkildə pozulduğu görünür və Azərbaycan apellyasiya şikayəti verməlidir: "7 rayonun geri qaytarılmasını Almaniya özü də dəfələrlə tələb edib, Avropa Birliyinin özünün sənədlərində Dağlıq Qarabağ və digər 7 rayonun işğalı ilə bağlı yazılar əks olunub. Bildirilib ki, bu rayonlar Dağlıq Qarabağın hüdudlarından kənardadır və sözsüz Azərbaycana qaytarılması haqqında müddəalar beynəlxalq təşkilatların hamısının sənədlərində qeyd olunub. İndi AŞPA orijinallıq, yaxud "yekəbaşlıq" edərək belə bu müddəanı çıxarırsa, biz apellyasiya şikayəti verməliyik və yenidən baxılmasını tələb etməliyik".

Q.Hüseynli məsələ ilə əlaqədar BMT-nin təhlükəsizlik şurasının çağırılmalı olduğunu vurğulayıb:

"Azərbaycan xarici siyasət idarəsi dərhal AŞPA-nın bu qərarının ayrı-ayrı təfərrüatları ilə bağlı geniş analiz verməli, bildirməlidir ki, qurumun belə bir qərar qəbul etməyə səlahiyyəti yoxdur. İlk növbədə BMT-yə məlumat verilməli, lazım gələrsə BMT-nin təhlükəsizlik şurasının çağırılmasına nail olunmalı, subyektiv mövqe ilə qəbul olunmuş qərara etiraz edilməlidir".

Politoloqun sözlərinə görə, AŞPA-nın Azərbaycanın əleyhinə olan əsassız qərarları ilə qurumun özünü ifşa etmək lazımdır. Q.Hüseynli burada xristian təəssübkeşliyinin seziildiyini də bildirib. O, bu məsələ ilə əlaqədar AŞPA sədri Anne Brasseurun istefasının tələb edilməli olduğunu da vurğulayıb.

Nigar ETİBAR
AzNews.az