Millət vəkili Qənirə Paşayeva Tovuzda bir sıra kəndlərin sakinləri ilə görüşdə qızların erkən nikahı hallarına yol verməməyə çağırıb. Millət vəkili Qənirə Paşayeva Tovuzda bir sıra kəndlərin sakinləri ilə görüşdə qızların erkən nikahı hallarına yol verməməyə çağırıb.

Millət vəkili kənd camaatına səsləndi: “Qohumlarınızla evlənməyin“

Millət vəkili Qənirə Paşayeva Tovuzda bir sıra kəndlərin sakinləri ilə görüşdə qızların erkən nikahı hallarına yol verməməyə çağırıb.



AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, Q.Paşayeva deyib ki, hər bir qızımızın ilk növbədə normal orta təhsil alıb, ali təhsil və ya hər hansı bir peşə öyrənmək arxasınca getməsi çox vacibdir, bu, məhz həmin qızların gələcəyi üçün önəmlidir: "Bu gün Tovuzda bizi ən ciddi narahat edən məsələlərdən biri həyat yoldaşını itirən bir çox qadınların üzləşdiyi ciddi çətinliklər və ya ailəsi dağılan qadınların övladları ilə birlikdə ciddi problemləridir. Çalışmalıyıq ki, qızlarımız hər hansı bir peşəni öyrənsinlər ki sabah çıxılmaz vəziyyətdə qalmasınlar. Ondan sonra təbii ki, hər bir qızımız ailə də qurmalıdır".

Erkən evliliklərin qızların ana kimi formalaşması, sağlamlığı üçün də problem yaratdığını deyən millət vəkili çox ciddi problemlərdən olan yaxın qohum nikahları ilə də bağlı kəndlərdə sakinlərlə geniş söhbət edib: "Hələ də kəndlərimizdə yaxın qohum nikahının çox yaxşı olduğunu düşünərək bu cür evliliklər edənlər var və onların sayı az deyil. Bunun nəticəsində bir sıra xəstəliklər, irsi qan xəstəlikləri artır". O, sakinləri bu məsələyə öz övladlarının gələcəyi üçün həssas yanaşmağa çağırıb.

Millət vəkili sakinlərlə söhbətində artan Hepatitlərə, özəlliklə Hepatit C virusundan qorunmaq məsələsinə diqqət göstərməyə çağırıb. Son illər Tovuzda Hepatit C-yə yoluxanların sayının və qaraciyər sirrozu ilə əməliyyata müraciət edənlərin artdığını deyən Q.Paşayeva bildirib ki, hər bir insan diş həkiminə, qadın və kişi salonuna gedəndə, ginekoloqa müraciət edəndə və s. oranın sanitariya vəziyyətinə ciddi diqqət etməlidir: "Çünki siz hər dəqiqə qurbana çevrilə bilərsiniz".

O, son günlər rayonda artan ilanvurma hadisələrinə də toxunub və sakinləri çöldə işləyərkən daha da diqqətli olmağa çağırıb. Millət vəkili vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağın deyib.

Q.Paşayeva bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Seçiciləri ilə görüşdə millət vəkili Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, sualları cavablandırıb. Millət vəkili onların hər birini qarşıdan gələn Raamazan bayramı münasibəti ilə təbrik edib, imkansız ailələri, əlilləri, bir sıra xəstələri ziyarət edərək bayramlarını təbrik edib və qayğıları ilə maraqlanıb.