“Dağlıq Qarabağda müharibə ehtimalı var və bu ehtimal çox böyükdür”. “Dağlıq Qarabağda müharibə ehtimalı var və bu ehtimal çox böyükdür”.

“Qarabağda müharibə ehtimalı çox böyükdür” - Hərbi ekspert

“Dağlıq Qarabağda müharibə ehtimalı var və bu ehtimal çox böyükdür”.

Bunu AzNews.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə bildirib.

Onun sözlərinə görə, son bir ildə müharibə ehtimalı kəskin artıb:
"Atəşkəs sazişi bağlanandan bu günə kimi Azərbaycanın müharibə ehtimalı olub. Bu risk ildən-ilə çoxalıb, hətta bəzən azalıb. İndi isə müharibə ehtimalı bir az da artıb. Tam razıyam ki, bu gün Azərbaycan ordusu yaxşı nailiyyətlər nümayiş etdirə bilər. Təkbətək, çox rahatlıqla Ermənistan ordusu ilə bacara bilər".

Ekspert hesab edir ki, bu mövzudan danışarkən siyasi güc mərkəzlərini də unutmamalıyıq: "Həmişə siyasi güc mərkəzlərini diqqətdə saxlamalıyıq. Söhbət Rusiya, Qərb və İrandan gedir. Biz başa düşməliyik ki, bu siyasi mərkəzləri də neytrallaşdırmalıyıq. Demirəm ki, bizim tərəfdən çıxış etsinlər, amma heç olmasa bizə qarşı çıxmasınlar".

A.İsayev bildirir ki, müharibə olarsa, Azərbaycanın qalib gəlmək imkanı realdır: "O ki qaldı İrəvandan gedən söhbətə, bu barədə danışmaq tezdir. Söhbət ilk öncə işğal olunan ərazilərdən gedir".

Bahar RÜSTƏMLİ
AzNews.az