Ermənistan: “Azərbaycana səyahət təhlükəlidir”

Haradan maliyyələşdirildiyi bilinməyən online turizm bələdçisi TravelVivi-nin hesabatı yayılıb



Ermənistanın armenpress.am saytı Azərbaycanla bağlı təxribat xarakterli məlumatı manşetinə çıxarıb. Xəbərdə mənşəyi və haradan maliyyələşdirildiyi bilinməyən online turizm bələdçisi TravelVivi-nin hesabatı yer alıb.

Hesabatda Azərbaycan səyahət üçün təhlükəli olan top 5-liyə daxil edilib. Məqalədə qeyd edilib ki, Azərbaycana gələn turistlərin həyat və sağlamlıqları üçün ciddi təhlükələr mövcuddur. Turistlər Azərbaycanda hər bir hüquq pozuntusu ilə üzləşə bilərlər.

Bundan əlavə, manşetə yerləşdirilən şəkildə Azərbaycan xəritəsi Qarabağsız və üzərindən xətt çəkilərək təqdim olunub.

Nəzərinizə çatdıraq ki, bu Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsinin tərkib hissəsidir. Yazıda əsas məqsəd, Azərbaycana turist axının qarşısını almaq və ölkəmizin beynəlxalq imicinə zərbə vurmaqdır. Nəzərinizə çatdıraq ki, əməkdaşımız məsələ ilə bağlı nazirliyin mövqeyini alacaq və sizi bu barədə məlumatlandıracağıq.

Sadiq Musa
AzNews.az