- Köhnə - Siyasət
- 6 Avqust 2015 21:12
- 3 373
Komitə sədrinin qardaşı səfir müavini oldu - Sərəncam

Prezident İlham Əliyev Dursun Ayvaz oğlu Həsənova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.
AzNews.az Virtualaz.org-a istinadən bildirir ki, prezidentin digər sərəncamı ilə Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin müavini təyin edilib.
Qeyd edək ki, Dursun Həsənov Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun qardaşıdır.