AKP-nin CHP ilə koalisiya hökuməti qurmaq barədə razılığa gələ bilməməsinin 4 əsas səbəbi müəyyən edilib. AKP-nin CHP ilə koalisiya hökuməti qurmaq barədə razılığa gələ bilməməsinin 4 əsas səbəbi müəyyən edilib.

Türkiyədə koalisiya hökuməti niyə qurula bilmədi? – 4 əsas səbəb

AKP-nin CHP ilə koalisiya hökuməti qurmaq barədə razılığa gələ bilməməsinin 4 əsas səbəbi müəyyən edilib.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP-nin 4 illik hökumət təklifindən geri addım atmaması, xüsusilə Yaxın Şərqə münasibətdə xarici siyasət mövzusunda ciddi fikir ayrılığı, CHP-nin təhsil sahəsində təklif etdiyi model və CHP-nin "dövləti əsas tutan yanaşması" koalisiya yolunu bağlayan əsas 4 maddə kimi sıralanıb.

Mənbənin verdiyi məlumata görə, CHP 4 illik, geniş əsaslı hökumət təklifindən heç bir şəkildə geri addım atmayıb. AKP-nin 1 ildən az vaxtı nəzərdə tutan qısa müddətli hökumət təklifi CHP tərəfindən müsbət qarşılanmayıb.

Koalisiyanın baş tutmamasında ikinci səbəb kimi "xarici siyasət"də ciddi fikir ayrılıqlarının olması göstərilir. Xüsusilə Yaxın Şərq, Suriya və Misir siyasətlərində fərqli fikirlər ortaya çıxıb. Bu mövzulardakı fikir ayrılıqlarının aradan qaldırılmasının mümkün olmadığı ifadə edilib.

Koalisiyanın qarşısında duran üçüncü əsas maneənin təhsil sahəsində CHP-nin təklif etdiyi 1+8+4 modelinin olduğu bildirilir. Mənbənin verdiyi məlumata görə, CHP-nin bu təklifi seçki bəyannaməsində yer alıb və danışıqlar zamanı bəyannamədəki bu vəddən geri addım atılmayıb. Sözügedən modelin imam hətib peşə məktəblərinin bir hissəsinin bağlanılmasına yol açacağı üçün qəbul edilməz olduğu qeyd edilib.

Koalisiya danışıqları zamanı AKP "Milli iradənin idarə olunduğu yer TBMM-dir. Dövlətin siyasi prioritetlərinin milli iradəyə görə müəyyənləşdirilməsi" fikrini dilə gətirib. Bunun qarşılığında CHP "siyasətlərin müəyyən olunmasının ardından qurumların bazar dinamikalarını prioritet edən çərçivədə qərar alması istiqamətində" bir yanaşmanı gündəmə gətirib. Bu da koalisiyanın qarşısında daha bir maneə törədib.

Aydan Axundova