Gürcüstanın yeni xarici işlər naziri vəzifəsinə Georgi Kvirikaşvili təyin olunub. Gürcüstanın yeni xarici işlər naziri vəzifəsinə Georgi Kvirikaşvili təyin olunub.

Gürcüstanın yeni xarici işlər naziri bəlli oldu

Gürcüstanın yeni xarici işlər naziri vəzifəsinə Georgi Kvirikaşvili təyin olunub.


AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Qeyd edək ki, Kvirikaşvili 2012-ci il oktyabrın 25-dən iqtisadiyyat naziri vəzifəsində çalışıb. 2013-cü ilin iyulundan paralel olaraq Baş nazirin müavini olub.

Baş nazirin sözlərinə görə, Kvirikaşvili xarici işlər naziri vəzifəsinə təyin olunmaqla bərabər Baş nazir müavini vəzifəsini də saxlayacaq.

Xatırladaq ki, Kvirikaşvili xarici işlər naziri postunda 2014-cü ilin noyabrından bu vəzifəni daşıyan Tamar Beruçaşvilini əvəzləyib.

Aydan Axundova