““Azadlıq 2015” seçkilərdən imtina etsə də, mən sona kimi iştirak edəcəyəm”. ““Azadlıq 2015” seçkilərdən imtina etsə də, mən sona kimi iştirak edəcəyəm”.

Pənah Hüseyn: “Boykot da olsa, mən seçkiyə gedəcəyəm”

““Azadlıq 2015” seçkilərdən imtina etsə də, mən sona kimi iştirak edəcəyəm”.



Bu sözləri AzNews.az-a açıqlamasında Xalq Partiyasının sədri Pənah Hüseyn deyib. Bildirib ki, hələ ki təmsil olunduğu blokun seçkidən imtina etməsi məsələsi dəqiqləşməyib: "Hazırda namizədliyimi irəli sürdüyüm "Azadlıq 2015" blokunda da seçkidə iştirak etməmək məsələsi müzakirə olunur. Bloka daxil olan bəzi siyasi partiyalar bu seçki şəraitinin anti-demokratik olduğunu əsas göstərərək seçkilərdə namizədlərin geri çəkilməsini təklif edirlər. Amma bəziləri və konkret olaraq mən də sona qədər bu seçki prosesindən demokratik mübarizə forması kimi istifadə etməyin tərəfdarıyıq. Əgər hər hansı imtina olsa, mən fikirimi dəyişməyəcəyəm. Bu günə də olan qərarım sona qədər seçkidə iştirak etməkdir".

Builki seçkidə qələbə şansınızı necə qiymətləndirirsiz sualına cavab olaraq Pənah Hüseyn bildirib ki, təbliğat-təşviqat kampaniyası başlamadığı üçün bu haqda danışmaq olmaz: "Hələ ki, bu suala cavab vermək tezdir. Çünki təbliğat-təşviqat kampaniyası başlmadığı üçün bu cür suallara cavab verib xəbərdarlıq almaq istəmirəm".

Qeyd edək ki, Pənah Hüseyn noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyini 63 saylı Sabirabad birinci seçki dairəsindən irəli sürüb. Yeni Azərbyacan Partiyasının (YAP) həmin dairədən namizədi isə Elçin Quliyevdir. Dairənin hazırki deputatı Ceyhun Osmanlı isə builki seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.

Sevinc Yasinqızı
AzNews.az