“Hesab etmirəm ki, qeyri-adi nəsə baş verir" “Hesab etmirəm ki, qeyri-adi nəsə baş verir"

Eks-spiker hələlik susur - RƏY

“Hesab etmirəm ki, qeyri-adi nəsə baş verir"



"Hələlik yazılar, müzakirələr gedir. Belə bir şəraitdə mən heç nə deyə bilmərəm". Bu fikirləri 1992-ci ildə Ali Sovetə sədrlik edən Yaqub Məmmədov "AzNews.az-a son aylarda Elşad Abdullayevin deputat seçkilərində korrupsiya faktlarına dair yayımladığı videoya münasibət bildirərkən deyib.

Müstəqillikdən keçən dövrdə cərəyan edən proseslərə gəlincə, sabiq spiker qeydi-adi heç nəyin baş vermədiyini bildirib: "Hesab etmirəm ki, qeyri-adi nəsə baş verir. Proseslərdir, həmişə necə vardı elə də gedir. Artıq 20 ildir biz müstəqilik. Bir il əvvəl nə baş verirdisə, indi də həmin hadisələr gedir".

Ölkə mətbuatının yazdıqlarına toxunan Y.Məmmədov qeyd edib ki, yazılanlar da ciddi məlumatlar deyil: "Düzdür qəzetlər gedən prosesləri işıqlandırırlar. Amma onlar da adi şeylərdir.

Gültəkin Qəhrəmanlı
AzNews.az