Hillari Klinton istefaya hazırlaşır - AÇIQLAMA


ABŞ-ın dövlət katibi Hillari Klinton 6 noyabr prezident seçkilərindən sonra istefa verəcəyini açıqlayıb. Vaşinqton Post qəzetinə müsahibəsində andiçmə mərasimindən sonra istefasını reallaşdırmaq fikrində olduğunu bildirib. Baş katibin dediyinə görə, ABŞ prezidenti Barak Obamanın başı seçki kampaniyasına qarışdığı üçün məsələni müzakirə edə bilməyiblər.
Müsahibəsində H.Klinton onu əvəz edəcək namizədin kimliyinin prezident tərəfindən müəyyən ediləcəyini bildirib: "Ümid edirəm ki, tezliklə bu məsələni müzakirə edə biləcəyik".
Qeyd edək ki, bu H.Klintonun istefaya gedəcəyi haqda KİV-ə birinci açıqlaması deyil. Ancaq ABŞ mətbuatının məlumatına görə, sentyabrın 11 də Benqazidəki ABŞ səfirinin öldürülməsi ilə əlaqədar dövlət katibinin bir müddət öz kürsüsündə qalma ehtimalı var. Bundan əlavə, Klinton 2011-ci ilin martında Barak Obama ikinci müddətə seçiləcəyi təqdirdə öz kürsüsündə qalacağını da bildirmişdi.
Qeyd edək ki, Hillari Klinton prezident seçkilərində Demokratlar Partiyasının yeganə namizədi olmaq üçün mübarizə aparıb. B.Abamanın qələbəsindən sonra prezident tərəfindən dövlət katibi təyin edilib.

Ülviyyə Tahirqızı
AzNews.az