Noyabrın 13-də Parisdə törədiləm 3 terror aktı nəticəsində nəticəsində 132 nəfər ölüb, azı 200 nəfər yaralanıb. Terror aktlarına görə İraq Şam İslam Dövləti (İŞİD) bütün məsuliyyəti öz boynuna götürüb. Noyabrın 13-də Parisdə törədiləm 3 terror aktı nəticəsində nəticəsində 132 nəfər ölüb, azı 200 nəfər yaralanıb. Terror aktlarına görə İraq Şam İslam Dövləti (İŞİD) bütün məsuliyyəti öz boynuna götürüb.

Fransa terroru İsraili hədəfə gətirdi – “İŞİD-i onlar maliyyələşdirir”

Noyabrın 13-də Parisdə törədiləm 3 terror aktı nəticəsində nəticəsində 132 nəfər ölüb, azı 200 nəfər yaralanıb. Terror aktlarına görə İraq Şam İslam Dövləti (İŞİD) bütün məsuliyyəti öz boynuna götürüb.


Parisdə baş vermiş hadisələrdən sonra bütün dünya liderləri Fransa prezidentinə və xalqına baş sağlığı verərək hər zaman onların yanında olduqlarını bildiriblər. Demək olar ki, dünya ölkələrinin hər birində təhlükəsizlik tədbirləri yüksək səviyyədə gücləndirilib. Yalnız ölkələr sırasında önəmli yer tutan İsrail Paris terror aktlarına görə heç bir açıqlama və ya münasibət bildirməyib. Fransada terror aktları törədilməmişdən bir müddət öncə İsrailin İŞİD-i maliyyələşdirməsi ilə bağlı bir sıra ittihamlar irəli sürülürdü. İŞİD-in Fransada törətdiyi terrordan sonra İsrailin bu cür səssiz qalması bu iddiaları daha da gücləndirir.


Politoloq Elman Nəsirov AzNews.az-a açıqlamasında İsrail dövlətinin nə səbəbə Fransada baş vermiş hadisələrə reaksiya verməməsini şərh edib. Bildirib ki, İŞİD-in yaranması ABŞ və onun müttəfiqlərinin İsrailə müdaxiləsindən sonra baş verib: "2006-ci ildə faktiki olaraq Cihad İslam dövləti elan edildi. Amerikalılar 2010-cu ilin aprel 19-da təşkilatın rəhbərini məhv etdi. Daha sonra onun yerinə Əbu Bəkr əl-Bağdadi keçdi. 2013-cu ilin aprelin 14-də isə İraq Şam İslam Dövləti (İŞİD) elan edildi. 2014-cu ilin iyunun 29-da isə Mosulda məsciddə İŞİD özünü xilafət elan etdi. Bu prosesdə İŞİD ə dəstək verən qüvvələr var. Xüsusilə də, bu qüvvələrin sırasında ümumi müxtəlif ölkələrdə süni birləşmələr olması haqda məlumatlar yayılır. Bu təşkilatın büdcəsi 2 milyard dollara qədər gəlib çatıb. Belə olan halda İŞİD-in hədəfində hər bir dövlət ola bilər. Eyni zamanda İsrail də onun hədəfindədir. Hesab edirəm ki, baş sağlığının və reaksiya verilməməsinin yubanmasına görə İsraili bunda ittiham etmək düzgün deyil. Ortada faktlar, arqumentlər və təkzib edilməz faktlar çoxdur. Bu cür ittihamları irəli sürərkən nəzərə almaq lazımdır ki, qarşı tərəf məhkəməyə müraciət edib əksini sübut edə bilər. Yəni ortada bir fakt olmadığı üçün belə ittihamların irəli sürülməsi tezdir. Yəni gözləmək lazımdır".

Elman Nəsirov bu cür məsələlərdə tələm-tələsik qərar verməyin çətin olduğunu qeyd edib: "İnanmıram ki, BMT Baş Məclisinin 193 ölkəsinin hamısı dərhal Azərbaycan və digər bir sıra dövlətlər kimi beynəlxalq terrorizmə və Fransa da baş vermiş hadisələrə görə başsağlığı versin. Hazırda bununla bağlı proses gedir. Tez bir zamanda nəticələr çıxarmaq tezdir. Hesab edirəm ki, bu yanaşmalar düzgün deyil. Çünki İsrail dövləti beynəlxalq terrorizmin nə olduğunu çox yaxşı bilir. 1970-ci ildə Münhendə məhz İsrail futbolçularının terrora məruz qaldığı və hamısının məhv edildiyi hər kəsə bəllidir. Bütün dünya ölkələrində İsrail səfirliyi ən ciddi şəkildə qorunur. Çünki beynəlxalq terror təhlükəsi hər zaman İsrail üçün var. Onlar da bunu hər zaman qeyd edirlər. Ona görə də indiki halda belə ittihamların elə bir əsası yoxdur. Ortada fakt və ya sübut yoxdur. Bu səbəbdən İsrailin baş verməməsini əsas götürərək belə nəticələr çıxarmaq düzgün deyil".

Sevinc Yasinqızı