Əli Əhmədov da Rəsul Quliyevdən danışdı

"Əgər Rəsul Quliyevin Rusiya prezidenti ilə görüşmək arzusu varsa qoy bu arzusunu yerinə yetirmək üçün səylər göstərsin". AzNews-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini Əli Əhmədov deyib.

O bildirib ki, R. Quliyev buna nail olmazsa bu da onun öz hərəkətlərinin istənilən qədər məntiqli olmamasına dəlalət edəcək: "Güman etmirəm ki,15 ildən çox mühacirətdə yaşayan və Azərbaycanda ictimai-siyasi proseslərə ciddi təsir etmək imkanı olmayan bir insan Rusiya prezidenti ilə görüşə bilsin.
Buna inanmaq istəmirəm. Rusiya tərəfi qonşu dövlət kimi Azərbaycanda destruktiv niyyətlər güdən insanlarla görüşməklə iki ölkə arasında olan dostluq və əməkdaşlıq münasibətlərinin üzərinə kölgə salmaz".

Vasif Həsənli
AzNews.az