Türkiyənin xarici işlər naziri ilə Rusiyanın xarici işlə naziri arasında telefin danışığı olub. Türkiyənin xarici işlər naziri ilə Rusiyanın xarici işlə naziri arasında telefin danışığı olub.

Türkiyə və Rusiya XİN rəhbərləri görüşəcək

Türkiyənin xarici işlər naziri ilə Rusiyanın xarici işlə naziri arasında telefin danışığı olub.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı Türkiyə-Rusiya münasibətlərinin vəziyyəti müzakirə olunub. M.Çavuşoğlu noyabrın 24-də Rusiyaya məxsus "Su-24" tipli döyüş təyyarəsinin Türkiyənin hava sərhədini pozduğu üçün vurulmasının səbəbləri barədə həmkarını məlumatlandırıb. Tərəflər qərara gəliblər ki, bu məsələ diplomatik və hərbi kanallar vasitəsilə araşdırılsın. Bildirilir ki, nazirlər ən yaxın günlərdə görüşmək barədə razılığa gəliblər.

Qeyd edək ki, Sergey Lavrovun noyabrın 25-də Türkiyəyə nəzərdə tutulan səfəri yaranmış vəziyyətlə əlaqədar ləğv olunub.