“Azərbaycan bu yırtıcı ənənəni dayandırmaq lazımdır” “Azərbaycan bu yırtıcı ənənəni dayandırmaq lazımdır”

Fazil Mustafa: “Bu söyüşlərə görə qəzeti hədəfə götürə bilərəm”- XƏBƏRDARLIQ

“Azərbaycan bu yırtıcı ənənəni dayandırmaq lazımdır”



"Təhqiri kiməsə bağışlamaq düşüncəsində deyiləm. Mənim şəxsiyyətim deputat mandatımdan qat-qat üstündür. Buna görə də nəyisə güzəştə getmək fikrində deyiləm".

Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O qeyd edib ki, hansı cinahdan olursa, olsun insanları təhqir etmək olmaz "Azərbaycanda bu yırtıcı ənənəni aradan qaldırmaq lazımdır. "Səndən xoşum gəlmir, istədiyim kimi söyə bilərəm. Köşə yazmaq imkanım var, bunu da sənə qarşı istifadə edəcəm" kimi addımlar atmaq düzgün deyil. Belə olmaz axı. Qəzetlərin özləri buna maraqlı olmalıdırlar. Əks halda biz qəzeti hədəfə alıb, öz fikirlərimizi sərt formada bildirəcəyik. Başqa deputatların hansısa addım atmamaları məni maraqlandırmır. Milli Məclisi bəyənməyə bilərsən, hətta deyə bilərsən deputatlar saxta yolla seçiliblər. Bunlar hamısı anlaşılandı. Amma parlamentin hər hansı yolla təhqir edilməsinə yol vermək olmaz. Milli Məclisi hərəmxana adlandırmaq təhqir deyil? "Orada məşuqələr var" demək təhqir deyil? Belə şeyləri Azərbaycan mətbuatının leksikonundan çıxarmaq lazımdır. Bu cür addım atan şəxslər deputatlardan üzr istəməlidirlər".

F.Mustafa məhkəməyə müraciət etməyəcəyini deyib: "Kimisə cəzalandırmaq kimi imkanlardan istifadə etmirəm. Əslində, məhkəməyə müraciət etməliyəm. Çünki mənə qarşı amansız təhqirlər oldu. Mən də bunların cavablarını verdim. Bütün hallarda bu ənənəni dayandırmaq lazımdır".

İlkin Pirəli
AzNews.az