- Köhnə - Siyasət
- 30 Oktyabr 2012 13:32
- 1 779
Davudoğludan Suriya açıqlaması

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Davudoğlu bildirib ki, öz xalqına qarşı hətta bayram günlərində də qırğın törədən rejimlə danışıq aparmağın heç bir mənası yoxdur. Bundan əlavə, türk XİN rəhbəri Dəməşqlə danışıqların aparılmasını Əsəd rejiminin qanuniləşdirilməsi kimi xarakterizə edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirmişdi ki, Suriya probleminin həlli ancaq danışıqlar yolu ilə mümkündür.
Sadiq Musa
AzNews.az