Ruslar müsəlmanların əvəzinə Qərb mətbuatına cavab verəcək Ruslar müsəlmanların əvəzinə Qərb mətbuatına cavab verəcək

Peyğəmbərin karikaturası Rusiya mətbuatında

Ruslar müsəlmanların əvəzinə Qərb mətbuatına cavab verəcək



Rusiyada nəşr olunan "Ruskiy pioner" jurnalında Məhəmməd peyğəmbərin (s) həyatından bəhs edən karikatura dərc ediləcək. Bu barədə məlumatı jurnalın redaktoru Andrey Kolesnikov verib.

Kolesnikovun sözlərinə görə, materialın müəllifi rassam-karikaturçu Andrey Biljodur. Redaksiya belə hesab edirlər ki, bu material Qərb mətbuatında Məhəmməd peyğəmbərlə (s) bağlı yanlışlığın düzəldilməsi məqsədi daşıyır. Baş redaktor bildirib ki, peyğəmbər islam qanunlarına uyğun olaraq insan kimi təsvir edilməyəcək.

Qeyd edək ki, islam peyğəmbərini təhqir edən materiallar 2005-ci ildən Qərb mətbuatında dərc olunur.

Elnarə Əlosmanqızı
AzNews.az