Moskva baş verənlərdən narahatdır

Şimali Qafqazda yaranmış acınacaqlı vəziyyət rəsmi Moskvanı narahat etməkdə davam edir.

AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, Təhlükəsizlik Şurasının sədri Nikolay Petruşev bildirb ki, Şimali Qafqazda cinayətkarlıqla mübarizə öz effektini o vaxt verəcək ki, orada rüşvət və işsizlik aradan qalxacaq.

O, həmçinin işsizlik ucbatından iqtisadi cinayətlərin sayının artdığını da deyib və əlavə edib ki, fırıldaq və büdcə talamaları Şimali Qafqazda adi cinayət hesab edilir.

Şura sədri ekstremizmin gənclər arasında geniş yayılmasından da narahatlıq ifadə edib və bildirib ki, gənclərin radikallığa meylli olmasına səbəb işsizlikdir.

Sadiq Musa
AzNews.az