ABŞ-dakı Türkiyə səfirliyinin cavabı bu gün məlum olacaq ABŞ-dakı Türkiyə səfirliyinin cavabı bu gün məlum olacaq

Çöhrəqanlı viza üçün müraciət etdi - EKSKLÜZİV

ABŞ-dakı Türkiyə səfirliyinin cavabı bu gün məlum olacaq



Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri, doktor Mahmudəli Çöhrəqanlı Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının noyabrın 4-də keçiriləcək 10-cu Qurultayında iştirak etmək niyyətindədir.

Bu məqsədlə GAMOH lideri Türkiyənin Amerikadakı səfirliyinə viza üçün müraciət edib. Bu barədə məlumatı AzNews.az-a təşkilatın Türkiyə bölməsindən Ağrı Qaradağlı verib: "Doktor Amerikadakı Türkiyə səfirliyinə viza üçün artıq müraciət edib. Müraciətə nə cavab veriləcəyi isə Bakı vaxtı ilə bu gün gecə saatlarında məlum olacaq".

Qeyd edək ki, İran hakimiyyətinin tələbi ilə bundan əvvəl GAMOH liderinin Türkiyəyə səfərinə icazə verilməyib.

Alpər Oğuz
AzNews.az