Milli Məclisin iclasında nələr olacaq?

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. AzNews.az-ın məlumatına görə, parlamentin gündəliyə 12 qanun layihəsi salınıb.

İclasda Cinayət Məcəlləsində, Cinayət Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, habelə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişiklik müzakirə olunacaq.

Qanuna dəyişiliyə əsasən icazəsiz aksiyalarda iştiraka və həmçinin qaydaları pozanlara qarşı cəzaların sərtləşdirilməsi məsələsi müzakirə olunacaq.

İlkin Pirəli
AzNews.az