Sabah Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Sabah Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Sabah Bakıda çovğun olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Gecə və səhər yolların buz bağlayacağı, çovğun olacağı ehtimalı var.

Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Yanvarın 2-də Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Yollar buz bağlayacaq.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir.