Amerika tələb edir: “Qadınların cəmiyyətdə fəallığı artırılmalıdır”

"Azərbaycanda qadınların rolu daha da artırılmalıdır". Bunu keçirdiyi mətbuat konfransında Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Dünya Qadın məsələləri üzrə Əlaqələndiricisi, səfir Milin Verviyer deyib.

Azərbaycanda qadınların hüquqlarından danışan səfir qeyd edib ki, Azərbaycanda bu sahədə müəyyən irəliləyişlər var, amma bu, qənaətbəxş deyil: "Ölkədə qadınların parlamentdə və müxtəlif idarə və təşkilatlarda sayı artırılmalıdır. Qadınların da cəmiyyətdə fəallığı artırılmalıdır.

Bakıda keçirdiyim görüşlər zamanı bu məsələləri müzakirə etmişəm. Bu gün də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə və bir qrup fəal qadınla görüşümdə bu məsələləri müzakirə edəcəyik".

Vasif Həsənli
AzNews.az