- Toplum
- 15 Noyabr 2018 15:47
- 2 413
Məşqçinin öldüyü qəza ilə bağlı - Rəsmi açıqlama

DİN Teymur Musayevin vəfat etdiyi qəza ilə bağlı açıqlama yayıb.
Daxili İşlər Nazirliyi “Qəbələ” futbol klubunun məşqçisi Teymur Musayevin vəfat etdiyi qəza ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, noyabrın 15-də saat 1 radələrində Qəbələ şəhəri ərazisində Zarağan kənd sakini Rafiq Məmmədov idarə etdiyi “Toyota Prado” markalı avomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə sərnişini, Qəbələ şəhər sakini Teymur Musayev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
© AzNews.az