Dosent Zülfiyyə İsmayılın “Ana dili milli sərvətimizdiz” mövzusunda məruzəsi dinlənilib. Dosent Zülfiyyə İsmayılın “Ana dili milli sərvətimizdiz” mövzusunda məruzəsi dinlənilib.
  • Toplum
  • 29 Noyabr 2018 15:50
  •  2 378

Nəsiminin 650 illik yubileyi ilə əlaqədar elmi konfrans keçiriləcək

Dosent Zülfiyyə İsmayılın “Ana dili milli sərvətimizdiz” mövzusunda məruzəsi dinlənilib.

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AzNews.az AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinə istinadən xəbər verir ki, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Akademik çıxışında Prezident cənab İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamı ilə bağlı iştirakçılara məlumat verib. Həmçinin Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında ölkə başçısının Sərəncamını xatırladıb.

İclasda Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda elmi konfransın keçirilməsi qərara alınıb.

Bölmənin rəhbəri, o cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının Elmi-Tədqiqat müəssisələrində davam etdirilməsi ilə bağlı direktorlara tapşırıqlar verib.

Tədbirdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanından və rəhbərlik etdiyi müəssisənin qarşısında duran vəzifələrindən danışıb.

Daha sonra həmin institutun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Ana dili milli sərvətimizdiz” mövzusunda məruzəsi dinlənilib. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonra bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə “Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında elmi işçi vəzifələrinin tutulması üçün müsabiqənin keçirilməsi qaydası” haqqındakı layihəni iştirakçıların diqqətinə çatdırıb.

Gündəliyə çıxarılan növbəti məsələ respublika və xarici elm-təhsil müəssisə və təşkilatlarla əməkdaşlıq əlaqələrinin yaradılması barədə olub. Müəssisələrin direktorları bu barədə məlumat verərək bildiriblər ki, bölmənin müxtəlif profilli institutlarında bir sıra xarici ölkələrin elmi müəssisələri ilə də sıx elmi əlaqələr yaradılıb, əməkdaşlığa dair müqavilələr imzalanıb.

İclasın sonunda bir sıra cari məsələlərə baxılıb.

AzNews.az