Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsinin səbəbləri müzakirəyə çıxarılıb. Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsinin səbəbləri müzakirəyə çıxarılıb.
  • Toplum
  • 29 Noyabr 2018 16:46
  •  1 491

Xəzərdə suyun səviyyəsinin enməsi ekoloji qəzalara gətirib çıxarır - VİDEO

Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsinin səbəbləri müzakirəyə çıxarılıb.

Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsinin səbəbləri və bu halın səbəb ola biləcəyi fəsadlar müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçirilən müzakirədə Azərbaycan Milli Elmlər Akademiyasının Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılov məsələyə münasibətini bildirib.

Onun fikrincə, mütəxəssislər bu halı bir neçə səbəblə izah edir. Bunlara Günəşin fəallığı, qlobal iqlim dəyişməsi, tektonik fəaliyyət və insan təsiri aiddir. Çingiz İsmayılov insan təsirinin bu işdə böyük rol oynadığını düşünmür.

Bütün bu səbəblər, təbii ki, insanın təsərrüfat fəaliyyətinə təsir edir. Suyun səviyyəsinin aşağı düşməsi həm də turizmin inkişafına mənfi təsir göstərə bilər.

Ən dəhşətli fəsadlar isə neft sahəsində mümkündür. Belə ki, su səviyyəsinin aşağı enməsi neft buruqlarına xidmət edilməsini mürəkkəbləşdirir və ekoloji qəza yaranması təhlükəsini yarada bilər.

© AzNews.az