Azərbaycan yollarında velosiped zolaqları və duracaqları yaradılacaq. Azərbaycan yollarında velosiped zolaqları və duracaqları yaradılacaq.
  • Toplum
  • 7 Yanvar 2019 10:05
  •  1 406

Azərbaycanda velosiped zolaqları yaradılır

Azərbaycan yollarında velosiped zolaqları və duracaqları yaradılacaq.

Bu barədə məlumat “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün” Dövlət Proqramında yer alıb.

Sənədə əsasən, avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən edilməli, bununla bağlı müvafiq təkliflər hazırlanmalı və tədbirlər görülməlidir.

Kənd təsərrüfatı və texnoloji təyinatlı nəqliyyat vasitələri üçün onların hərəkətinə icazə verilməyən avtomobil yollarında mümkün olan yerlərdə paralel yolların (hərəkət zolaqlarının) yaradılması və ya digər müvafiq tədbirlər görüləcək.

Eyni zamanda, eyni istiqamətdə bir hərəkət zolağı olan yolların müvafiq sahələrində astagedən nəqliyyat vasitələrini ötüb keçmək üçün qısaməsafəli əlavə hərəkət zolaqları təşkil olunacaq.

Məsələnin həlli istiqaməti aidiyyəti qurumlara tapşırılıb.

© AzNews.az