“Saytlarda həmin məhsullar haqqında məlumat olur, girib baxmırlar”. “Saytlarda həmin məhsullar haqqında məlumat olur, girib baxmırlar”.
  • Toplum
  • 11 Yanvar 2019 14:59
  •  2 031

Bu malları ölkəyə gətirmək qadağandır – VİDEO

“Saytlarda həmin məhsullar haqqında məlumat olur, girib baxmırlar”.

Elektron ticarət son illər Azərbaycanda da geniş yayılıb. Amma bir çox alıcı və sifarişçi alış-veriş saytlarından istifadədə çətinlik çəkir. Əksəriyyət həmin saytlardan istidadə qaydalarını bilmir.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Cayhun Babayev – Blogger: “Saytlarda həmin məhsullar haqqında məlumat olur, girib baxmırlar”.

Bundan əlavə vətəndaşlar sifariş etdikləri malın hansı ölkədən göndəriləcəyi ilə bağlı da məlumatları dəqiqləşdirməlidir. Eyni zamanda gömrükdə problemlə qarşılaşmamaq üçün hesab fakturası da tələb olunmalıdır.

Fərid Pərdəşünas – Ekspert: “Hesab faktura olmasa, gömrük əməkdaşı o məhsulun qiymətini müəyən edə bilmir. Bu da vaxt itkisidir”.

Şəxsi istifadə və biznes məqsədi ilə ölkəyə gətirilən mallara görə ödənilən vergi və rüsumlar da fərqlidir. Dəyəri 1000 manata qədər olan məhsulların sifarişi zamanı bu şəxsi istifadə hesab edilir və sifarişçi yüksək məbləğli ödənişlərdən azad olunur. Amma ekspertlər burada boşluğun olduğunu düşünürlər.

Fərid Pərdəşünas - Ekspert: “Kimsə 5-6 tanışının adına telefon sifariş verir. Maya dəyəri 1000 dollar olmadığından vergiyə cəlb edilmir. Amma o telefonlar şəxsi adı ilə gəlsə də, sonda satışa çıxarılır”.

Məsələnin digər tərəfi ölkəyə gətirilməsi qadağan edilən mal və məhsullarla bağlıdır. Amma vətəndaşların çoxu həmin qadağan edilən materiallardan xəbərsizdir.

Bunun üçün DGK və Azərpoçtun rəsmi səhifələrində qadağan olunmuş məhsulların siyahısı var ki, ora baxmaqla öz məhsullarının qadağan olunub-olunmadığını bilə bilərlər.

Ölkəyə gətirilməsinə icazə verilməyən və cinayət tərkibi yaratmayan istənilən mal və material sahibi tərəfindən geri göndərilə bilər. Cinayət tərkibi yaradan malları sifariş edib ölkəyə gətiməyə çalışanlar barədə isə hüquqi ölçü götürülür.

AzNews.az