• Toplum
  • 24 Yanvar 2019 15:46
  •  452

“Ganclik Mall”da işıqlar söndü

“Ganclik Mall” ticarət mərkəzində işıqlar sönüb.

Bu barədə hazırda ticarət mərkəzində olan vətəndaşlar məlumat verib.

Onlar bildiriblər ki, sözügedən səbəbdən bütün müştərilər mağazalardan çıxarılıb. Lift, təhlükəsizlik sistemi və eskalatorlar fəaliyyətini dayandırıb.

“Ganclik Mall”un məlumat mərkəzindən bildirilib ki, texniki səbəblərdən hazırda bir neçə mağazanın işığı sönüb:

“Hazırda iş gedir, yaxın müddət ərzində problemin aradan qaldırılacağı gözlənilir. Giriş və çıxışda heç bir problem yoxdur, eskalator, lift və mağazalar fəaliyyət göstərir”.(qafqazinfo.az)

© AzNews.az