Konfrans iki gün davam edəcək. Konfrans iki gün davam edəcək.
  • Toplum
  • 31 Yanvar 2019 10:41
  •  1 951

“Gənclər siyasətinin Azərbaycan modeli” adlı beynəlxalq konfrans keçirilir

Konfrans iki gün davam edəcək.

Bu gün Bakıda Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi tərəfindən təşkil olunan "Gənclər siyasətinin Azərbaycan modeli" adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransa Bolqarıstan, Rumıniya, Macarıstan, Türkiyə, Ukrayna, Belarusiya, Rusiya və Gürcüstandandan olan 15 iştirakçı qatılıb.

Məlumat verilib ki, konfransı keçirməkdə əsas məqsəd son illərdə Azərbaycanda gənclər siyasətinin inkişafında əldə olunan nəaliyyətlərin müzakirəsi və beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

Konfransın qarşıya qoyduğu əsas hədəf Azərbaycanda gənclər sitasəti və gənclər işində baş verən yenilikləri eləcə də bu sahədə mütəəqqi islahatları və yeni qəbul edilən Azərbaycan gəncliyi dövlət proqramını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ağacan Abıyev Azərbaycanda aparılan gənclər siyasəti ilə bağlı iştirakçılara məlumat verib. Bildirib ki, ölkədə gənclərin inkişafına daima dəstək verilir, onlara diqqət və qayğı göstərilir.

Konfrans iki gün davam edəcək.

Qeyd edək ki, konfrans çərçivəsində yerli və beynəlxalq tərəfdaşları bir araya gətirərək qrup işləri və müzakirələr vasitəsilə Azərbaycan və Avropa proqramları arasında mübadilə və iştirakı genişləndirməyə yönələn müzakirələr aparılacaq. Konfrans zamanı təqdimatlar vasitəsilə iştirakçılar beynəlxalq proqramda iştirak, Azərbaycanda gənclər işi və gənclər siyasəti tərəfdaş ölkələrlə ortaq layihələrin icrası məsələsi müzakirə olunacaq.

Elgün
AzNews.az

image description image description