- Toplum
- 11 Mart 2019 16:35
- 2 542
Bakıda dörd maşın toqquşdu - Yaralı var

Bakıda yol qəzası olub.
Hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb. Yüksək sürətlə idarə olunan BMW markalı avtomobil “Ford” markalı maşına çırpılıb. Daha sonra idarəetməni itirən BMW yolun əks istiqamətinə çıxaraq həmin yolda hərəkətdə olan “VAZ-21074” və “Saipa” markalı maşınlara dəyib.
Qəza nəticəsində bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.(ona.az)
AzNews.az