- Toplum
- 29 Mart 2019 17:26
- 1 823
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni üzvlər seçildi

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.
MDM xəbər verir ki, iclasda MŞ-ya yeni üzvlər seçilib.
Bunlardan biri “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Tələt Əli oğlu Kalayevdir. O, MDM-in rəhbərliyində ötən ay öz təşəbbüsü ilə MŞ-nın üzvlüyündən azad edilmiş Orxan İbrahim oğlu Bağırovu əvəz edib.
Bundan başqa, iclasda MY-ya müstəqil üzv də seçilib. Bu isə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun maliyyə direktoru Orxan Ələkbər oğlu Məmmədovdur.
Xatırladaq ki, MDM-in MŞ-sı 5 nəfərdən ibarətdir. Onun tərkibinə Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi, MDM-in üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir.(report.az)
AzNews.az