• Toplum
  • 7 Aprel 2019 15:30
  •  638

Nərimanov rayonunda ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Əkilən ağaclara qulluq məsələləri Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə alınıb.

Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının anadan olması münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

7 aprel 2019-cu il tarixində Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, Nərimanov rayonu təsərrüfat xidmətləri işçiləri, idarə, təşkilat, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, Bakı Metropoliteninin yeni təmir olunmuş Bakmil Stansiyasının yaxınlığında, 1300 kvadrat metr ərazidə, 500 ədəd iqlimə uyğun ağac əkilib. Aksiyada 250 nəfər iştirak edib.

Əkilən ağaclara qulluq məsələləri Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə alınıb.

Həmçinin qeyd edək ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının qərarı ilə 28.03.2019 – 28.04.2019-cu il tarixləri arasında “Təmizlik ayı” elan olunub.

Təmizlik ayı çərçivəsində hər həftənin şənbə və bazar günləri iməcilik keçirilməsi qərara alınıb.

AzNews.az

image description image description image description image description