"Hacı Nuran ümumiyyətlə burada olmayıb". "Hacı Nuran ümumiyyətlə burada olmayıb".
  • Toplum
  • 8 Aprel 2019 13:52
  •  2 510

“Hacı Nuranın qucağındakı körpə 10 milyonuncu sakin deyil” - Direktor

"Hacı Nuran ümumiyyətlə burada olmayıb".

“Hacı Nuran Respublika Perinatal Mərkəzində olmayıb və heç bir körpə ilə də şəkil çəkdirməyib”.

Bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin baş həkimi Sevinc Məmmədova deyib.

O qeyd edib ki, həmin körpə dünyaya gələndən sonra Respublika Perinatal Mərkəzinə heç bir jurnalist, yaxud hansısa məşhur şəxs gəlməyib: “Hacı Nuran ümumiyyətlə burada olmayıb. O, heç buranın ünvanını bilmir. Onun şəkil çəkdirdiyi qucağındakı körpə 10 milyonuncu sakin deyil”.(report.az)

AzNews.az