"2035-ci ilə qədər uşaqlar üçün yeni konsepsiya hazırlanacaq" "2035-ci ilə qədər uşaqlar üçün yeni konsepsiya hazırlanacaq"
  • Toplum
  • 19 Aprel 2019 10:47
  •  1 301

“Son 19 ildə yoxsulluq 10 dəfə azalıb”

"2035-ci ilə qədər uşaqlar üçün yeni konsepsiya hazırlanacaq"

“2000-ci ildə Azərbaycanda yoxsulluq göstəricisi 49 faiz idisə, bu gün artıq yoxsulluq 5 faiz təşkil edir”.

Bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov UNİCEF ilə İqtisadiyyat Nazirliyinin birgə təşkil etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinin Uşaqlar üçün Milliləşdirilməsi seminarında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda yoxsulluğun azaldılması və digər problemlər istiqamətində Milli Fəaliyyət Planı hazırlanıb: “UNİCEF-in dəstəyi ilə 2035-ci ilə qədər uşaqlar üçün yeni konsepsiya hazırlanacaq. Azərbaycanda dövlət qurumlarının dayanıqlı inkişaf məqsədləri 68 faiz təşkil edib. Azərbaycan hökuməti 2019-cu ildə növbəti Könüllü Milli İcmalı təqdim etməyə hazırlaşır və eyni zamanda prioritetlərin müəyyənləşdirilməsi üzərində çalışır. Milli Uşaq Strategiyası uşaqlarla əlaqəli 35 dayanıqlı inkişaf məqsədlərinin hədəflərinin yalnız yarıısnı əks etdirir. Strategiyanı dəqiqləşdirmək üçün, həmçinin bəzi boşluqların olduğunu nəzərə alaraq milli fəaliyyət planının yenidən hazırlanması qərara alınıb. Milli fəaliyyət planının məqsədi Azərbaycanda uşaqların rifahını yaxşılaşdırmaq və hərtərəfli dəstək tədbirlərini müəyyən etməkdən ibarətdir. Uşaqlar üzrə Milli Fəaliyyət Planına təhsil, uşaqların müdafiəsi, sağlamlıqları, qadınların səlahiyyətlərinin artırılması, gender bərabərliyi, yoxsulluğun azaldılması və s daxildir”.(report.az)

AzNews.az