Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Toplum
  • 25 Aprel 2019 10:42
  •  1 893

52 yaşlı qadını maşın vurdu

Faktla bağlı araşdırma aparılır

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Yasamal rayonu, Ş.Mehdiyev küçəsində baş verib.

Bakı şəhər sakini Həsənov Laçın Gülbala oğlu "Cerry" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən, 1967-ci il təvəllüdlü Yusifova Təranə Əlihüseyn qızını vurub.

Yaralı ağır kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az