Avtobus yol çiynindəki ağaclara dəyərək dayanıb Avtobus yol çiynindəki ağaclara dəyərək dayanıb
  • Toplum
  • 27 Aprel 2019 13:18
  •  1 436

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu qəzaya uğradı - xəsarət alanlar var

Avtobus yol çiynindəki ağaclara dəyərək dayanıb

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Sumqayıt yolunda Saray postunun yaxınlığında “Hyundai Terracan” markalı avtomobil qarşısında hərəkətdə olan 523 nömrəli marşrut avtobusuna çırpılıb.

İdarəetməni itirən avtobus yol çiynindəki ağaclara dəyərək dayanıb. Hadisə nəticəsində ciddi xəsarət alanların olduğu bildirilir. (ONA)