Yanğına səbəb kimi texniki nasazlıq bildirilib Yanğına səbəb kimi texniki nasazlıq bildirilib
  • Toplum
  • 1 İyul 2019 14:31
  •  1 715

Zəvvarların olduğu avtobusda yanğın olub

Yanğına səbəb kimi texniki nasazlıq bildirilib

İyunun 29-da Azərbaycandan İranın Məşəd və Qum şəhərinə ziyarətə gedən 41 nəfər sərnişinin-zəvvarın olduğu İran daşıyıcısına məxsus 11E771-10 dövlət qeydiyyat nişanlı avtobusda Ərdəbil vilayətində texniki nasazlıq səbəbindən yanğın baş verib.

AzNews.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin, qeyd edək ki, zəvvarları daşıyan avtobus nəzarətdə olmayan, aidiyyəti dövlət qururmlarında reysqabağı texniki müayinədən keçməyən, beynəlxalq marşrut üzrə sərnişindaşımada iştirakı razılaşdırılmayan, birdəfəlik səfər üçün Azərbaycandan İrana qanunsuz sərnişin daşıyan daşıyıcıya məxsusdur.

Ötən həftə verdiyimiz məlumata əsasən bildirək ki, məhz Məşəd istiqamətində zəvvarlarımızı daşıyan bu cür qanunsuz xarici daşıyıcıların olduğunu nəzərə alaraq hazırda Azərbaycan və İran tərəfinin aidiyyəti qurumları tərəfindən Bakı-Məşəd müntəzəm beynəlxalq avtobus marşrutlarının açılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

AzNews.az