Elə adamlar var ki, bir gündə 20 dəfədən çox yükləmə həyata keçirir Elə adamlar var ki, bir gündə 20 dəfədən çox yükləmə həyata keçirir
  • Toplum
  • 12 İyul 2019 13:41
  •  6 958

"Bakı Kart”ın balansını internetlə artıracaqsınız - rəsmi

Elə adamlar var ki, bir gündə 20 dəfədən çox yükləmə həyata keçirir

Bakı nəqliyyatında istifadə olunan “Bakı Kart”ın balansını bu ilin sonuna kimi internetlə artırmaq mümkin olacaq,

Bu barədə AzNews.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

O, hazırda bu istiqamətdə işlərin aparıldığını deyib:

"Bu günə qədər həmin terminalların heç biri sıradan çıxmayıb, yalnız ara-sıra texniki problemlər yaşanır. Dərhal əraziyə baxış keçirilir və həmin problemlər aradan qaldırılır. Hazırda "Bakı Metropoliteni" QSC-nin stansiyalarında 148, avtobus dayanacaqlarında isə 50-dən çox "Bakı Kart" terminalı var. Bu terminallardan gün ərzində 100 mindən çox insan istifadə edir. Elə adamlar var ki, bir gündə 20 dəfədən çox yükləmə həyata keçirir”.

AzNews.az