Vəkillər Kollegiyası üzvlüyünə qəbul olmaq istəyən şəxslərin nəzərinə! Vəkillər Kollegiyası üzvlüyünə qəbul olmaq istəyən şəxslərin nəzərinə!
  • Toplum
  • 15 İyul 2019 13:10
  •  2 283

Vəkilliyə qəbulla bağlı yazılı test imtahanı keçiriləcək

Vəkillər Kollegiyası üzvlüyünə qəbul olmaq istəyən şəxslərin nəzərinə!

Məlum olduğu kimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsində iştirak üçün sənəd qəbulu davam etməkdədir. İmtahanda iştirak üçün 300-dən çox namizədin sənədinin qəbul olunduğunu və yerlərin məhdud olması ilə əlaqədar hər imtahanda 250 namizədin iştirak edəcəyini nəzərə alaraq, sentyabr ayında ardıcıl imtahanların keçirilməsi nəzərdə tutulub.

Qeyd olunmalıdır ki, vəkilliyə qəbulla bağlı hüquqşünas ixtisası üzrə tələb olunan 3 il iş stajının tamamlanmasına 3 ay qalmış şəxslər Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.

Sənəd qəbulu üçün elektron qaydada müraciət etmək istəyən şəxslər http://www.barassociation.az/recruitment keçidində göstərilən ankent-formanı doldurmalı, http://www.barassociation.az/other keçidində yerləşdirilmiş bank rekvizitləri vasitəsilə ödəniş etməli, anket-forma və ödəniş qəbzinin skan surətini orkhan.babayev@barassociation.az elektron poçt ünvanına göndərməlidirlər.

Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.(barassociation.az)

AzNews.az