- Toplum
- 18 İyul 2019 19:25
- 2 173
Biləcəridə yük qatarının vaqonu yanır SON DƏQİQƏ!
Biləcəri qəsəbəsində yük qatarlarının birində yanğın baş verib
Bu barədə Aznews.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilir ki,, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda yanğın olması barədə məlumat daxil olub.
Qeyd edilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.