Şok:Polis ATV-nin reytinqli verilişinə basqın etdi: - VİDEO

Sözügedən görüntüləri sizə təqdim edirik

Türkiyənin ATV telekanalında Esra Erolun aparıcılığı ilə yayımlanan verilişə polis basqın edib.

AzNews.az xəbər verir ki, basqına səbəb isə qızını veriliş vasitəsi ilə axtarmağa gələn 65 yaşlı atanı həbs etmək olub.

Belə ki, 65 yaşlı Nail Kurt adlı kişinin 23 yaşlı qüsurlu qızını yaşlı kişilərə satdığı məlum olub. Verilişə sözügedən kişi ilə bağlı çoxlu sayda zəng daxil olub. Hər biri onun qızını zorla əxlaqsızlığa məcbur etdiyini bildirib. Verilişə zəng edən Hulusi Boncuk adlı kişi Nail Kurta 10 min TL verərək qızı Ceylanla birlikdə olduğunu etiraf edib.

Bundan sonra polis studiyaya gələrək Nail Kurtu həbs edib.

Sözügedən görüntüləri sizə təqdim edirik:

Aynur

AzNews.az