1989-cu ildə Almaniyanın birləşməsi prosesi həyata keçirilib 1989-cu ildə Almaniyanın birləşməsi prosesi həyata keçirilib
  • Toplum
  • 8 Noyabr 2019 15:25
  •  1 333

Berlin divarının sökülməsinin 30 illiyi ilə bağlı Bakıda tədbirlər keçiriləcək

1989-cu ildə Almaniyanın birləşməsi prosesi həyata keçirilib

Almaniyanın Azərbaycandakı səfirliyi Berlin divarının sökülməsinin 30 illiyi ilə bağlı Bakıda silsilə tədbirlər keçirəcək.

Səfirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Çexiya səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində "1989 – 30 years of freedom" mövzusunda noyabrın 11-i saat 17:00-da Kapellhausda, noyabrın 13-də saat 15:30-da ADA Universitetində və noyabrın 22-də yenidən Kapellhausda elmi mühazirələr təşkil ediləcək.

Qeyd edək ki, bu il Almaniya Berlin divarının sökülməsinin 30 illiyini qeyd edir. Berlin divarı 1961-ci ildə Şərqi Almaniyanın kommunist rejimi tərəfindən almanların Qərbi Almaniyaya keçməsinin qarşısını almaq məqsədilə inşa olunub. SSRİ-nin başçılıq etdiyi sosialist düşərgəsinin süquta uğraması nəticəsində 1989-cu ildə Berlin divarı sökülüb və Almaniyanın birləşməsi prosesi həyata keçirilib.

AzNews.az