Hər iki faktla bağlı araşdırma aparılır Hər iki faktla bağlı araşdırma aparılır
  • Toplum
  • 20 Noyabr 2019 13:04
  •  1 944

Bakıda iki yeniyetmə yoxa çıxdı

Hər iki faktla bağlı araşdırma aparılır

Bakının iki rayonunda yeniyetmələr itkin düşüb.

Hadisə paytaxtın Nizami və Sabunçu rayonlarında qeydə alınıb.

Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Vahid Kərimov evdən çıxıb və bir daha geri qayıtmayıb.

Digər yeniyetmə isə Nizami rayonu, B.Nuriyev küçəsində itkin düşüb.

Qeyd edilən ünvanda yaşayan 2004-cü il təvəllüdlü Ravil Pənahov evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı onun valideynləri hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib.

Hər iki faktla bağlı araşdırma aparılır. (oxu.az)

AzNews.az